Xəbəri Kokpitdə Oxuyun!

MotoGP ABŞ – Di Canantonio pouldan başlayacaq

MotoGP üzrə Amerika Qran Prisinin sıralama turunda poul mövqeyini qazanan sürücü Fabio Di Cianantonio olub.

 

Q1

Q1-in başlaması ilə sürücülər ilk iki yer uğrunda mübarizəyə başlayıblar. İlk dövrələrdən sonra Cek Miller 2:01.324 nəticə ilə liderliyə yüksəlib. Bu anda Toprak Razqatlıoğlu 0.421 saniyə geridə dördüncü yerdə olub.

Sessiyanın bitməsinə 8 dəqiqə qalmış üçüncü sektorda sarı bayraqlar dalğalanıb və Fabio Kvartararonun 15-ci döngədə qəza etdiyi görülüb. Qəzadan sonra o, pitə qayıdıb.

15 dəqiqənin sonunda Q2-yə yüksələn sürücülər Fermin Aldeqer və Xoan Mir olublar. Toprak Razqatlıoğlu isə sessiyanı 7-ci sırada tamamlayıb.

Q2

Q2 başladıqdan sonra sürücülər dərhal trasa çıxıblar. Sessiyanın əvvəlində Enea Bastyanini qəza edib. Daha sonra Françesko Banyaya 2:00.815 nəticə ilə liderliyə yüksəlib, lakin Xoan Mir daha sürətli dövrə ilə onu geridə qoyub.

Son cəhdlərdə isə Fabio Di Cianantonio 2:00.136 nəticə ilə poul mövqeyini təmin edib.

Sıralama nəticələri (ilk 8):

  1. Fabio Di Cianantonio
  2. Marko Bezzekki
  3. Pedro Akosta
  4. Françesko Banyaya
  5. Xoan Mir
  6. Mark Markes
  7. Xorxe Martin
  8. Aleks Markes

Beləliklə, Amerika GP-si üçün start düzümü müəyyənləşib.

Rauf Hacıyev

Şərh əlavə et