Kokpit.az xatırladır ki, monakolu sürücü Yaponiyada üçüncü yerdə finiş görüb və Ferrari komandasına mövsümdə üçüncü podiumu qazandırıb. 28 yaşlı pilot yarışın son dövrələrində gərgin mübarizədə komanda yoldaşı Lyuis Həmiltonu keçib və arxasında Corc Rasselli saxlayıb.
Şarl Lekler: “Aydındır ki, yarış gərgin keçdi. Təhlükəsizlik maşınının çıxması mənim üçün bir az uğursuz oldu. O andan başa düşdüm ki, Kimi və Lyuisə nisbətən əlverişsiz vəziyyətdəyəm. Amma hücum etməyə davam etdim və eyni zamanda finişə qədər təkərləri qorumağa çalışdım.
Ancaq təkərlər yaxşı vəziyyətdə qaldı və buna görə də işlər mənim üçün yaxşı idi.
Yarış kifayət qədər maraqlı alındı, sadəcə Oskara çatmaq üçün bir az vaxt olmadı. Hər halda, yaxşı yarış oldu”.




Şərh əlavə et