Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Hər şeydən istifadə etdik

McLaren komandasının sürücüsü Oskat Piastri bildirib ki, təhlükəsizlik maşını olmasa, bəlkə də yarışı qazanardı.

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Yaponiya Qran Prisində qələbəyə iddialı olub, amma təhlükəsizlik maşını onun üçün uğursuz anda trasa çıxıb və nəticədə o, ikinci yeri tutub. Buna baxmayaraq, Oskar McLaren komandası üçün mövsümdə ilk podiumu qazandırıb.

Oskar Piastri: “Təhlükəsizlik maşını trasa çıxmasaydı, nəticənin necə olacağını görmək maraqlı olardı. Düşünürəm ki, Corc Rasselli arxada saxlaya bilərdim, çünki pit-stopdan əvvəl ondan bir az uzaqlaşırdım. Təəssüf ki, bunun necə olacağını heç vaxt bilməyəcəyik. İkinci yerə görə məyus olduq və bu, yaxşı haldır.

Komandaya böyük təşəkkür edirəm. Əlimizdə olan maşından maksimumu çıxarıb əla iş gördük. Aydındır ki, sürətdə artım tapmalıyıq, lakin bu gün bütün imkanlardan istifadə etdik”.

Rauf Hacıyev

Şərh əlavə et