Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Təhlükəsizlik maşını işimi asanlaşdırdı

Mercedes komandasının sürücüsü Kimi Antonelli bildirib ki, təhlükəsizlik maşını onun işini asanlaşdırıb.

Kokpit.az xatırladır ki, italyan sürücü Yaponiya Qran Prisini qazanıb və Formula 1 tarixində çempionatın liderliyinə yüksələn ən gənc sürücü olub. Bundan əlavə, 19 yaşlı pilot 1953-cü ildən bəri ardıcıl iki qələbə qazanan ilk italiyalı olub – o vaxt Alberto Askari ikinci çempionluğuna doğru irəliləyirdi.

Kimi Antonelli: “Əhval-ruhiyyəm əladır! Əlbəttə, çempionat haqqında düşünmək hələ tezdir, amma biz düzgün yoldayıq! Yarışa gəlincə, hər şey çox pis startla başladı və hələ də nə baş verdiyini araşdırmaq lazımdır.

Sonra bəxtim gətirdi, təhlükəsizlik maşını trasa çıxdı, bundan sonra liderliyə yüksəldim və maşının tempi sadəcə inanılmaz dərəcədə yüksək idi. Yarışın ikinci hissəsində sükan arxasında özümü çox rahat hiss edirdim, bu da məni sevindirdi.

Qarşıda bir neçə həftəlik aprel fasiləsinin olması yaxşıdır ovə mən start prosedurunu məşq edə biləcəyəm, muftanı necə buraxmaq lazım olduğunu işləyəcəyəm ki, bu anı daha yaxşı hiss edim. Bu, 2026-cı ildə bizim zəif tərəfimizdir və mən bunu yaxşılaşdırmalıyam, çünki startda həm yarışı qazanmaq, həm də uduzmaq olar.

Önüm boş olanda Medium tərkibli təkərlərlə sabit temp göstərdik, Hard-a keçəndə isə ümumiyyətlə inanılmaz sürətli olduü. Amma təhlükəsizlik maşını olmasaydı, hər şey necə olardı – bilmirəm, hər halda onun çıxması mənim işimi xeyli asanlaşdırdı”.

Rauf Hacıyev

Şərh əlavə et