Xəbəri Kokpitdə Oxuyun!

Yaponiya GP – Antonelli ən gənc liderdir

Suzukada yarış vaxtı hava aydın və quru olub. Havanın temperaturu +19…17°C, trasın temperaturu isə +35…30°C ölçülüb.

Suzukada ötmə etmək çətindir, bir pit-stop strategiyası da intriqanı çox artırmır, amma çoxları 2026-cı ilin reqlamentinin vəziyyəti dəyişəcəyini gözləyirdi. Şanxaydakı son mərhələdə ötmələr o qədər çox idi ki, Suzukada arxadan start alanlar belə geri dönüşün mümkün olduğunu deyirdilər.

Cümə məşqlərində Oskar Piastri lider olmuşdu, şənbə səhəri ən yaxşı vaxtı Kimi Antonelli göstərib və kvalifikasiyada qalib gələrək, ardıcıl ikinci poulunu qazanıb. Mövsümün ilk üç mərhələsində üçüncü dəfə startın ilk cərgəsini  Mercedes komandasının sürücüləri tutub.

İkinci cərgədən Piastri və Şarl Lekler, üçüncü cərgədən isə Lando NorrisLyuis Həmilton start alıblar.  Maks Ferstappen uğursuz kvalifikasiya keçirərək, komanda yoldaşına uduzub və yalnız 11-ci yerdən start alıb.

Pirelli mövsümdə ilk dəfə ən sərt tərkibləri gətirib – komandalar C1, C2 və C3 şinlərini müvafiq olaraq Hard, Medium və Soft kimi istifadə ediblər. Yarışda Valtteri Bottas Hardla start alıb, digər sürücülər Medium tərkibi seçiblər.

Start Porsche Carrera Cup milli seriyasının yarışında baş verən qəza səbəbilə baryerin təmiri üçün 10 dəqiqə gecikdirilib.

Yaponiya Qran Prisinin startı

Startda Piastri liderliyə yüksəlib, Lekler ikinci olub, Antonelli sürüşərək,  və beş mövqe itirib, Niko Hülkenberq isə altı yer geriləyib.

2-ci dövrədə Antonelli Həmiltonu keçib, Rassell Norrisi, Lindblad və Ferstappen Hacarı keçiblər. Liam Louson isə Bortoletonu qabaqlayıb.

3-cü dövrədə ilk onluq: Piastri – Lekler – Rassell – Norris – Antonelli – Həmilton – Pyer Qasli – Lindblad – Ferstappen – Okon

4-cü dövrədə Rassell Lekleri keçərək ikinci yerə yüksəlib. 5-ci dövrədə Ferstappen, 6-cı dövrədə isə Esteban Okon Lindbladı keçiblər. Düzlüklərdə Rassell Piastrini, Antonelli isə Norrisi sıxışdırsa da, Mercedes sürücülərinə ötmə üçün sürət çatmayıb. 8-ci dövrədə Rassell Piastrini keçib, amma Oskar dərhal liderliyi geri alıb.

10-cu dövrədə ilk onluq: Piastri – Rassell – Lekler – Norris – Antonelli – Həmilton – Qasli – Ferstappen – Ocon – Lindblad.

12-ci dövrədə Antonelli Norris-i keçərək dördüncü olub. 15-ci dövrədə Hülkenberq Karlos Saynsı keçib. Lindblad əyləcdə trayektoriyanı dəyişdiyinə görə qara-ağ bayraqla xəbərdarlıq alıb. 16-cı dövrədə Antonelli şikanda Lekleri keçib, amma düzlükdə Şarl mövqeyini geri alıb.

Pit-stoplar başlayıb:
17-ci dövrə – Norris və Oliver Berman
18-ci dövrə – Lekler və Kolapinto
19-cu dövrə – Piastri və Lindblad
20-ci dövrə – Okon və Hacar
22-ci dövrə – Rassell

22-ci dövrədə Berman Kolapintoya hücum edərkən otluğa çıxıb və Spoon döngəsində qəza edib. Trasa təhlükəsizlik maşını (Safety Car) çıxıb. FIA sensorları 50g yüklənmə qeydə alıb.

Pit-stop etməyənlər dərhal boksa yönəliblər. Rassell Safety Car-ın məhz onun pit-stopundan sonra çıxmasına əsəbiləşib.

Safety Car arxasında ilk onluq: Antonelli – Piastri – Rassell – Həmilton – Lekler – Norris – Qasli – Ferstappen – Louson – Bortoleto.

28-ci dövrədə restart verilib. Antonelli liderliyi saxlayıb. Həmilton Rasselli keçərək üçüncü yerə yüksəlib. 30-cu dövrədə Hacar və Lindblad Hülkenberqi keçib.

Antonelli tempini artıraraq Piastri – Həmilton – Rassell qrupundan uzaqlaşıb.

31-ci dövrədə Ləns Stroll yarışı dayandırıb. 37-ci dövrədə Rassell yavaşlayıb və Lekleri qabağa buraxıb.

40-cı dövrədə ilk onluq: Antonelli – Piastri – Həmilton – Lekler – Rassell – Norris – Qasli – Ferstappen – Louson – Ocon olub.

42-ci dövrədə Lekler Həmiltonu keçərək üçüncü olub. 43-cü dövrədə Rassell Həmiltonu keçib. 45-ci dövrədə Həmilton trasdan çıxıb, amma yarışa davam edib. 48-ci dövrədə Norris Həmiltonu keçib, amma Lyuis düzlükdə mövqeyini geri alıb. 50-ci dövrədə Rassell Lekleri keçib, lakin Şarl dərhal cavab verib. Norris isə Həmiltonu keçərək beşinci yerə yüksəlib.

Andrea Kimi Antonelli Yaponiya Qran Prisinin qalibi olub və ardıcıl ikinci qələbəsini qazanıb. İtalyan sürücü Formula 1 tarixində çempionata liderlik edən ən gənc sürücü olub. 19 yaşlı pilot ardıcıl ikinci het-trikini (poul, ən sürətli dövrə, qələbə) əldə edib. Oskar Piastri ikinci olub, bu mövsüm ilk dəfə finiş görüb. Şarl Lekler isə üçüncü olaraq podiumu tamamlayıb. Esteban Ocon 10-cu yeri tutaraq mövsümdə ilk xalını qazanıb.

İndi isə qarşıda uzun, planlaşdırılmamış fasilə var. Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələlərinin ləğvindən sonra növbəti yarış mayın əvvəlində Mayamidə keçiriləcək.

Sıra Sürücü Zaman Fərq Pit
1 K. Antonelli 1:28:03.403 1
2 O. Piastri +13.722 1
3 Ş. Lekler +15.270 1
4 C. Rassell +15.754 1
5 L. Norris +23.479 1
6 L. Həmilton +25.037 1
7 P. Qasli +32.340 1
8 M. Ferstappen +32.677 1
9 L. Louson +50.180 1
10 E. Okon +51.216 1
11 N. Hülkenberq +52.280 1
12 A. Hacjar +56.154 1
13 Q. Bortoleto +59.078 1
14 A. Lindblad +59.848 1
15 K. Sains +65.008 1
16 F. Kolapinto +65.773 1
17 S. Peres +92.453 1
18 F. Alonso +1 dövrə 2
19 V. Bottas +1 dövrə 1
20 A. Elbon +2 dövrə 6

Ən sürətli dövrə:
K. Antonelli — 1:32.432 (49-cu dövrə)


Yarışı tərk edənlər (DNF)

Sürücü Dövrə Səbəb
O. Berman 20 Qəza
L. Stroll 30 Texniki problem

Rauf Hacıyev

Şərh əlavə et