Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Fərqi azaldırıq

McLaren komandasının sürücüsü Oskar Piastri sessiyadan sonra çox danışmasa da, start mövqeyindən razı qaldığını bildirib.

Avstraliyalı sürücü Suzukada sıralanma turunu üçüncü yerdə başa vurub və bu, onun mövsümdəki ən yaxşı nəticəsi olub.

Oskar Piastri: “Bu il sıralanma turlarını pis keçirmirik, amma yenə də ilk üçlüyə düşmək xoşdur. Məncə, bu həftəsonu yaxşı formadayıq və yaranan imkanları maksimum istifadə edirik.

Aydındır ki, hələlik Mercedes ilə mübarizə aparacaq tempimiz və ya bu səviyyədə asfaltla ilişmə gücümüz yoxdur. Amma fərqi azaldırıq və bu, ən vacib məsələdir”.

Rauf Hacıyev

Şərh əlavə et