Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Dəyişiklik işləri korladı

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, bolidin arxa tərəfində dəyişiklik edəndən sonra performansları düşüb.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Yaponiyadakı yarışa ikinci yerdən başlayacaq.

Corc Rassell: “Bu həftəsonu boyunca ikimiz də çox sürətli idik. Amma üçüncü məşqdən sonra bolidin arxa hissəsinin sazlamalarında bəzi kiçik dəyişikliklər etdik və bundan sonra sıralanmada problemlər başladı. Elə hiss yaranırdı ki, sanki nəsə qırılıb.

Bunun səbəbini hələ araşdırmalıyıq, lakin açığı, yenə ikinci nəticəni göstərdiyim üçün bir az bəxtim gətirdi.

Artıq ikinci həftəsonudur ki, sıralanmada nəsə düzgün getmir. Amma yarış sabahdır və hələ mübarizə aparmaq üçün imkanımız var”.

Rauf Hacıyev

Şərh əlavə et