Kokpit.az xatırladır ki, italyan sürücü ardıcıl ikinci sıralanma turunda poul qazanaraq komanda yoldaşı Corc Rasselli qabaqlayıb və Formula 1 tarixinin ardıcıl iki poul qazanan ən gənc sürücüsü statusunu da əlinə keçirib.
Kimi Antonelli: “Bu sessiyanın gedişatından çox razıyam – hər şey qaydasında oldu, səhv etmədim. Sükan arxasında özümü çox rahat hiss edirəm və hər dövrədə daha da sürətlənirdim. Yalnız son cəhdimdə 11-ci döngədə əyləci blokladım, amma o dövrə də pis deyildi.
Səhər məşqi ilə müqayisədə əvvəlcə çətinliklər vardı, çünki külək güclənmişdi və bolidin arxa hissəsi daha az stabil idi. Amma ümumilikdə sıralanma turu həqiqətən uğurlu alındı və indi diqqətimi sabahkı yarışa yönəldirəm.
Demək istəyirəm ki, Yaponiyada azarkeşlər inanılmaz dərəcədə ehtiraslıdır və bu tarixi trasda sürmək mənə möhtəşəm hisslər yaşadır! Bu bolidlərlə burada yarışmaq çox zövqlüdür, tribunaların dəstəyi isə əlavə sürət verir”.




Şərh əlavə et