Xəbəri Kokpitdə Oxuyun!

Üç sürücünün motorunda dəyişiklik olub

Şənbə günü Suzukada üç sürücünün bolidində güc qurğusunun bəzi elementləri dəyişdirilib.

Audi komandasının sürücüləri Niko Hülkenberq və Qabriel Bortoleto yeni MGU-K motor-generatorları alıblar. McLaren komandasının sürücüsü Lando Norrisin bolidinə isə yeni enerji yığıcısı, idarəetmə elektronika bloku və güc qurğusunun yeni periferik elementi quraşdırılıb.

Bütün dəyişikliklər icazə verilən limitlər çərçivəsində olduğu üçün heç bir sürücüyə cəza verilməyib.

Rauf Hacıyev

Şərh əlavə et