Nəticədə McLaren komandasının sürücüsünə rəsmi xəbərdarlıq verilib.
Özünü müdafiə edərkən Oskar Piastri bildirib: “Mənə yaxınlaşan bolid barədə xəbərdarlıq verildi və Nikonu 14-cü döngədən çıxarkən güzgülərdə gördüm. Həmin anda o, kifayət qədər uzaqda idi, buna görə düşündüm ki, təkərləri qızdırmaq və 15-ci döngədən çıxışda sola çəkilmək üçün vaxtım var.
Uzun düzlüklərdə tam qazla gedirdim və telemetriya da bunu təsdiqlədi. Sadəcə, yaxınlaşma sürətini düzgün qiymətləndirmədim, çünki virtual güzgülər sisteminə güvəndim. Amma bu hadisə göstərdi ki, həmin sistemdə məlumatların yenilənmə tezliyi kifayət etmir ki, pilotu belə sürətli yaxınlaşma barədə vaxtında xəbərdar etsin”.




Şərh əlavə et