Xəbəri Kokpitdə Oxuyun!

Son məşqlərdə Antonelli liderdir

Yaponiyada sonuncu sərbəst yürüşlərdə aydən hava şəraiti və quru tras olub. Havanın temperaturu +16°C, trasın temperaturu isə +36…38°C ölçülüb.

Cümə məşqləri gözlənilmədən sakit keçib. Belə ki, nə qəzaya uğrayan bolid olub, nə də ötənilki kimi yanan ot hadisəsi yaşanıb. Amma bu, problemsiz keçdiyi anlamına gəlməyib. Çətinliklər demək olar ki, hamıda müşahidə olunub.

McLaren komandasında problemlər son dünya çempionu Lando Norrisin payına düşüb. O, cümə günü xeyli vaxt itirib və şənbə səhəri dərhal trasa çıxa bilməyib. Onun bolidində batareya dəyişdirilib, çünki cümə günü quraşdırılan tam yeni batareya proqram xətası nəticəsində sıradan çıxıb. Beləliklə, Lando mövsümdə icazə verilən üç batareyadan üçüncüsünü alıb.

Sürücülər sessiyaya Medium və Soft təkərlərlə seriyalarla başlayıblar, daha sonra hamı tədricən Soft-a keçərək, sıralanma turuna hazırlığa fokuslanıb, çünki Suzukada yaxşı start mövqeyi çox önəmlidir.

Serxio Peres son şikanda təkərləri bloklayaraq çınqıllığa çıxıb, lakin hərəkəti davam etdirə bilib. Təkərləri qızdırarkən Oskar Piastri Niko Hülkenberqə mane olub – stüardlar bu insidenti sessiyadan sonra araşdıracaqlar. Oliver Berman 14-cü döngənin çıxışında fırlanıb və yoxlama üçün boksa dönüb, daha sonra yenidən trasa qayıdıb. Liam Louson və Şarl Lekler tras hüdudlarından kənara çıxsalar da, bolidlərə ziyan dəyməyib.

Sessiyanın ən yaxşı nəticəsini son Qran Prinin qalibi Kimi Antonelli göstərib. İtalyan sürücü dövrəni 1:29.362 nəticə ilə başa vurub.

Sıra Sürücü Zaman Fərq Dövrə
1 K. Antonelli 1:29.362 18
2 D. Rassell 1:29.616 +0.254 18
3 Ş. Lekler 1:30.229 +0.867 20
4 O. Piastri 1:30.364 +1.002 19
5 L. Həmilton 1:30.383 +1.021 23
6 L. Norris 1:30.600 +1.238 13
7 N. Hülkenberq 1:30.658 +1.296 21
8 M. Ferstappen 1:30.910 +1.548 22
9 Q. Bortoleto 1:31.000 +1.638 21
10 P. Qasli 1:31.082 +1.720 20
11 A. Hacjar 1:31.094 +1.732 21
12 L. Louson 1:31.097 +1.735 21
13 A. Lindblad 1:31.288 +1.926 17
14 E. Okon 1:31.326 +1.964 22
15 O. Berman 1:31.558 +2.196 18
16 A. Elbon 1:31.733 +2.371 20
17 F. Kolapinto 1:31.759 +2.397 25
18 K. Sains 1:31.829 +2.467 26
19 V. Bottas 1:32.503 +3.141 20
20 S. Peres 1:32.540 +3.178 18
21 L. Stroll 1:33.485 +4.123 19
22 F. Alonso 1:33.529 +4.167 14

 

Rauf Hacıyev

Şərh əlavə et