Kokpit.az xatırladır ki, britaniyalı sürücü cümə sərbəst yürüşlərini üçüncü yerdə bağlayıb.
Corc Rassell: “Suzukaya qayıtmaq, bu əfsanəvi trasda yenidən sürmək xoşdur. Yeni bolidlərin burada necə çıxış edəcəyi və nə qədər sürətli olacağı barədə çox danışılırdı. Bəzi hissələr var ki, apeksdə bir az yavaşıq, amma “Esses” döngələri hələ də çətin olaraq qalır, arxa düzlüyün ortasında isə sürət demək olar ki, rekord səviyyəsindədir. Bunu görmək xoşdur.
Ümumilikdə cümə günü pis olmadı. McLaren-in sürəti bir qədər təəccübləndirdi, indi isə onların tempinə çatmaq üçün işləməliyik. Hansı sahələrdə inkişaf etməli olduğumuzu bilirik, ümid edirəm ki, bunu bacaracağıq. Sabah sıralanma turunda görəcəyik kim kimdir”.




Şərh əlavə et