Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Proqramı yerinə yetirdik

Mercedes komandasının sürücüsü Kimi Antonelli cümə günü onların istədiyi kimi keçib. 

Kokpit.az xatırladır ki, italyan sürücü Suzukadakı cümə gününü ikinci yerdə bitirib.

Kimi Antonelli: “Cümə günü pis keçmədi. Planlaşdırdığımız proqramın hamısını yerinə yetirdik, üç təkər tərkibi üzrə məlumat topladıq. Nəticədən razıyıq, amma üzərində işləməli olduğumuz məqamlar qalır. Xüsusilə McLaren bolidləri çox sürətlidir, digər komandalar da çox geri qalmırlar.

W17 yaxşı vəziyyətdədir, lakin dəyişkən külək və soyuq təkərlər səbəbindən stabil dövrə vaxtları göstərmək çətin idi. Bu axşam əsas məqsədimiz balansı yaxşılaşdırmaqdır ki, sabah poul uğrunda mübarizə apara bilək. Suzukada ötmənin çətin olduğunu nəzərə alsaq, sıralanma turu həftəsonunun həlledici sessiyası ola bilər”.

Rauf Hacıyev

Şərh əlavə et