Xəbəri Kokpitdə Oxuyun!

Ferrari işləməyə davam edəcək

Ferrari komandası Suzukada keçirilən məşqlər zamanı əsas diqqəti SF-26-nın sazlamaları üzərində işləməyə yönəldib və gün ərzində asfalt örtüyünün vəziyyətinin tədricən yaxşılaşdığını qeyd edib.

Hər iki sessiya ümumilikdə problemsiz keçib, komanda sıralanma turu və yarışa hazırlıq çərçivəsində böyük həcmdə məlumat toplayıb və optimal balans tapmağa çalışıb.

Şarl Lekler: “Son iki yarışla müqayisədə bu gün çətinliklər daha çox idi, amma bu, Yaponiya Qran Prisinin hələ ilk günüdür. Görünür ki, tempimiz pis deyil, baxmayaraq ki, liderlərdən fərq kifayət qədər böyükdür. İndi bütün diqqəti sıralanma rejimində sürəti artırmağa yönəltməliyik”.

Lyuis Həmilton: “Asan gün olmadı. Sükan arxasında hisslər ümumilikdə pis deyil, amma hələ temp çatışmır və balans da istədiyimiz səviyyədə deyil.

Biz bolid üzərində işləməyə davam edirik və bu axşam sazlamaları yaxşılaşdırmaq üçün ciddi işləməliyik ki, irəli addım ata bilək.

İnkişaf edə biləcəyimiz sahələr var, o cümlədən hibrid sistemin enerjisindən istifadə ilə bağlı. Əgər bütün elementləri bir araya gətirə bilsək, boliddən daha çox maksimumu çıxara bilərik”.

Rauf Hacıyev

Şərh əlavə et