Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: İşləyə bilmədim

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Yaponiyada ilk gün onun üçün çətin keçib. 

Kokpit.az xatırladır ki, britaniyalı sürücü ikinci məşqdə hidravlik sistemdə sızma səbəbilə vaxt itirib, lakin komanda problemi aradan qaldırıb və sürücü trasda işləyə bilib.

Lando Norris: “Çətin gün oldu. Lazım olan qədər dövrə vura bilmədim. İkinci sessiyanın əvvəlində ardıcıl dövrələr vurmaq mümkün olmadı, səhər isə aerodinamika testləri aparırdıq, buna görə nəticələri tam obyektiv saymaq olmaz.

Belə traslarda mümkün qədər çox dövrə vurmaq vacibdir ki, özünə inam qazanasan və optimal sazlamanı tapasan. Hazırda mən iki-üç addım geridəyəm, çünki uzun seriyalar üzərində işləyə bilmədim, sürətli dövrələrin sayı da məhdud oldu.

Buna baxmayaraq, müəyyən işlər görə bildik və nələrisə öyrəndik, baxmayaraq ki, istədiyimiz qədər olmadı. Axşam toplanan məlumatları analiz edəcəyik və bəzi problemləri həll etməyə çalışacağıq, sabah isə lazım olan qədər dövrə vurmağa çalışacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et