Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Pis gün deyildi

Oskar Piastri Yaponiya Qran Prisində sərbəst yürüşlərin ikinci sessiyasının protokoluna başçılıq edib.

McLaren komandasının sürücüsü sessiyadan sonra şənbə günü rəqiblərin sürətlənəcəyinə əmin olduğunu bildirib.

Oskar Piastri: “Ümumilikdə pis gün olmadı. Xüsusilə ikinci məşqdə yaxşı irəliləyiş əldə etdik, bu da ümidvericidir. Əhval-ruhiyyə pozitivdir və faydalı məlumatlar topladıq ki, bu da yüksək mövqelər uğrunda mübarizə aparacağımıza əsas verir.

Bilirik ki, hələ işləməli olduğumuz məqamlar var və aydındır ki, rəqiblərimiz, xüsusilə Mercedes çox güclüdür. Buna görə diqqətimizi öz sürətimizə yönəldirik.

Ümid edirik ki, daha da irəliləyiş əldə edəcəyik və bu gün topladığımız tempi qoruyaraq daha rəqabətli çıxış edəcəyik”.

 

Rauf Hacıyev

Şərh əlavə et