Alpine komandasının sürücüsü 14-cü döngədən 15-ci döngəyə qədər olan hissədə zigzaqvari hərəkət edib, bu zaman arxadan ona Maks Ferstappen yaxınlaşıb. Komanda Frankoya Maksın yaxınlaşdığı barədə xəbərdarlıq edib və argentinalı sürücü zigzaq etməyi dayandırıb, lakin yarış trayektoriyasında qalıb və Ferstappenə mane olub. Nəticədə Maks sürətli dövrəsini yarımçıq saxlamalı olub.
Bu hərəkətinə görə stüardlar Franko Kolapintoya xəbərdarlıq verib.




Şərh əlavə et