Xəbəri Kokpitdə Oxuyun!

Yaponiyada günü Piastri zirvədə bağlayıb

Yaponiyada ikinci sərbəst yürüşlər zamanı günəşli və quru hava şəraiti olub. Havada +17°C, trasda isə +34…25°C temperatur ölçülüb. 

Suzukada sürücüləri isti hava, çiçəkləyən sakura və dolu tribunalar qarşılayıb. Yeganə çətinlik dəyişkən külək olub. Bu səbəbdən birinci məşqdə əksər sürücülər Spoon döngəsində trasdan çıxmalı olublar.

Lando Norris birinci sessiyada 20 dəqiqə, ikinci sessiyada isə hidravlik sistemdə sızma səbəbilə təxminən 40 dəqiqə itirib. Cadillac komandasında Serxio Peresin bolidində əyləc problemləri yaranıb. Arvid Lindblad sürət qutusu problemi səbəbindən pit yoluna qayıdıb və daha trasa çıxmayıb.

15-ci dəqiqədə Aleks Elbon birinci döngədə dayanıb. Onun maşınında qaz pedalı işləməyib, lakin sistemi yenidən işə saldıqdan sonra hərəkətə davam edə bilib.

Qabriel Bortoleto Audi güc qurğusunda problemə görə boksa qayıdıb və yalnız sessiyanın bitməsinə 10 dəqiqə qalmış yenidən trasa çıxıb.

Franko Kolapinto pitdən çıxış dövrəsində təkərləri qızdırarkən Maks Ferstappenə mane olub. Maks həmin vaxt sürətli dövrədə idi. Stüardlar insidenti qeydiyyata alıb.

Oskar Piastri ikinci məşqin protokoluna 1:30.133 nəticə ilə başçılıq edib.

Sıra Sürücü Zaman Fərq Dövrə
1 O. Piastri 1:30.133 29
2 K. Antonelli 1:30.225 +0.092 28
3 C. Rassell 1:30.338 +0.205 29
4 L. Norris 1:30.649 +0.516 17
5 Ş. Lekler 1:30.846 +0.713 28
6 L. Həmilton 1:30.980 +0.847 27
7 N. Hülkenberq 1:31.441 +1.308 27
8 A. Elbon 1:31.496 +1.363 30
9 O. Berman 1:31.498 +1.365 28
10 M. Ferstappen 1:31.509 +1.376 29
11 E. Okon 1:31.532 +1.399 30
12 L. Louson 1:31.590 +1.457 31
13 K. Sains 1:31.608 +1.475 30
14 P. Qasli 1:31.734 +1.601 29
15 A. Hacar 1:31.759 +1.626 29
16 Q. Bortoleto 1:31.933 +1.800 11
17 F. Kolapinto 1:32.438 +2.305 28
18 V. Bottas 1:32.615 +2.482 28
19 F. Alonso 1:33.596 +3.463 24
20 S. Peres 1:33.689 +3.556 14
21 L. Stroll 1:33.951 +3.818 21
22 A. Lindblad 1

 

Rauf Hacıyev

Şərh əlavə et