Kokpit.az xatırladır ki, italyan sürücü mövsümün ilk yarışı olan Avstraliya Qran Prisinin üçüncü sərbəst yürüşlərində ağır qəza etmişdi.
Kimi Antonelli: “Bu sarğı Melburnda üçüncü məşq zamanı baş verən qəzanın nəticəsidir. Ciddi bir şey yoxdur, pilotajıma mane olmur və əsas olan da budur.
Müayinədən keçdim, heç nə sınmayıb, sadəcə dartılmadır. Tez sağalması üçün sarğıdan istifadə etməliyəm. Sükan arxasında olanda isə bu məni ümumiyyətlə narahat etmir”.
Qeyd edək ki, italyan sürücü Avstraliya yarışında ikinci, Çin yarışında isə birinci yeri tutaraq, karyerasının ilk qələbəsini qazanıb.




Şərh əlavə et