Britaniyalı sürücü Yaponiya Qran Prisi ərəfəsində Çində qalib gələn komanda yoldaşı Kimi Antonelli və rəqiblər barədə danışıb.
Corc Rassell: “Kimi Çində işinin öhdəsindən əla gəlib, buna görə ona yalnız hörmət etmək olar. Amma Ferrari yenə çox yaxşı start aldı və ilk dövrədə işimi xeyli çətinləşdirdi. Buna baxmayaraq, azarkeşlərin əla şou izlədiyinə sevinirəm.
Kimi o günü ömürlük xatırlayacaq. İlk qələbə xüsusi hisslər bəxş edir və qələbələrin daha tez-tez gəlməsi sadəcə zaman məsələsidir. O, böyük istedada malik inanılmaz sürücüdür, buna görə də ilboyu aramızda sıx mübarizə olacağına şübhə etmirəm.
Əlbəttə, Çində podiumun ən yüksək pilləsinə qalxmamağıma görə bir qədər məyus oldum. Lakin həftəsonu ərzində qarşılaşdığım problemləri nəzərə alsaq, buna itirilmiş yeddi xal kimi yox, qazanılmış on səkkiz xal kimi baxıram. Komandanın güclü nəticəsindən razıyam. İlə çox yaxşı başladıq.
Komanda bu formaya çatmaq üçün çox çalışıb və ən yaxşı komanda qalib gəlməlidir. Ancaq yenidən zirvədə olmağımız o demək deyil ki, digərləri bizə çatmağa çalışmır.
Keçən həftə oxudum ki, Red Bull bolidinin çəkisi normadan artıqdır, McLaren isə yenilik gətirməyib və ilk mərhələlərdə hələ də Bəhreyndəki konfiqurasiya ilə çıxış edib. Bunu unutmamalıyıq. Bəli, hazırda üstünlüyümüz var, amma bu heç nəyi zəmanət altına almır”.




Şərh əlavə et