Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Hər şey mümkündür

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, mövsüm ərzində hər şey mümkündür. 

Kokpit.az xatırladır ki, Ferrari hazırda ən sürətli ikinci komandadır.

Şarl Lekler: “Mövsüm yenicə başlayıb, buna görə də hesab edirəm ki, hər şey mümkündür. Mercedes-i qabaqlamaq asan olmayacaq, bu, böyük çağırışdır, amma biz əlimizdən gələni edəcəyik.

Güc qurğusunun optimallaşdırılması, yəqin ki, Mercedes-dən geri qalmağımızın əsas səbəbidir. Şassidə də müəyyən məhdudiyyətlər var, amma bolid kifayət qədər effektivdir, sadəcə güc bir az çatmır.

Cümə günü ilk məşqdən sonra onların fonunda harada olduğumuzu anlayacağıq. Baxarıq. Onlar düzlükdə güclü olacaqlar, la trasın ilk iki sektoru çox döngəlidir.

Hamının dediyi kimi, bu mövsümdə əsas məsələ inkişaf və bolidin təkmilləşdirilməsidir. Biz pis formada deyilik və yarışlar qazanmaq istəyirik. Hələlik bu çətindir. Mercedes çox yüksək səviyyədə çıxış edir, ancaq bilirəm ki, komanda yeniliklər hazırlayır. Biz Mercedes-in üstünlüyünə fikir vermirik və tam diqqətimizi işə yönəltmişik”.

Rauf Hacıyev

Şərh əlavə et