Bir neçə gün əvvəl məlum olub ki, Ferrari FİA-ya müraciət edərək Brəklidə yerləşən komandanın ön antikrilinin araşdırılmasını istəyib. İddialara görə, bu sistemdə klapanların bağlanması reqlamentdə nəzərdə tutulan 400 millisaniyədən daha uzun çəkib.
Rəqiblər qeyd edib ki, bu müddət ərzində Mercedes-in klapanları yalnız yarıya qədər bağlanıb, sonra isə ilkin vəziyyətə qayıtması üçün əlavə təxminən 450 millisaniyə tələb olunub.
Məlumata görə, FIA tərəfindən rəsmi araşdırmaya ehtiyac qalmayıb, lakin Mercedes “etibarlılıq problemlərini həll etmək” məqsədilə konstruksiyada dəyişikliklər edib. Nəticədə Suzuka mərhələsində komandanın ön qanad klapanların reqlamentdə göstərilən müddət ərzində tam bağlanmasını təmin edəcək.




Şərh əlavə et