Kokpit.az xatırladır ki, komandalar bu həftəsonu mövsümün üçüncü mərhələsi üçün Yaponiyanın əfsanəvi Suzuka trasına yollanıblar.
Mark Templ: “Yeni mövsümün ilk mərhələləri tamamilə fərqli iki trasda keçirilib. Albert Parkda konfiqurasiya orta və yüksək sürətli döngələrdən ibarət olub, Şanxay trasında isə yavaş və orta sürətli döngələr üstünlük təşkil edib. Biz yeni nəsil bolidlərlə işləməyə yenicə başlamışıq, amma artıq enerjinin yığılması və istifadəsi ilə bağlı iki fərqli problemlə üzləşmişik ki, bu da pilotaj yanaşmasına və yarış strategiyasına təsir göstərib.
Suzuka unikal və mürəkkəb trasdır, ikonlaşmış döngələri var, lakin enerji xüsusiyyətlərinə görə Melburna bənzəyir. Bəzi hissələrdə, xüsusilə birinci döngəyə girişdə enerjinin yenidən dolması çox effektiv işləyəcək. Bu, şassinin optimal sazlamalarının tapılması və təkərlərlə işlə yanaşı, bolidin optimallaşdırılmasının əsas istiqamətlərindən biridir.
Biz bilirdik ki, 2026-cı il mövsümündə çoxlu çətin tapşırıqları həll etməli olacağıq. Yeni bolidi öyrənməyə və onun effektivliyini artırmağa davam edirik ki, şassi və güc qurğusunun – rəqabət qabiliyyətinin iki əsas faktorunun – imkanlarından maksimum istifadə edək”.




Şərh əlavə et