Kokpit.az xatırladır ki, fransalı sürücü Formula 1-də bu il debüt etsə də, ilk iki yarışda qənaətbəxş performans göstərib.
Ayzek Hacar: “Yaponiyaya gəlməyi xoşlayıram, bu ölkənin mədəniyyəti çox maraqlıdır. Artıq bir neçə gündür Tokiodayam, şəhərlə tanış oluram və bura çox maraqlıdır.
Suzuka təqvimdə ən sevdiyim trasdır, əsl sürücülər üçün trasdır. Yeni reqlamentlə hazırlanmış bolidlə orada çıxış etmək xüsusilə maraqlı olacaq, özümü sınamaq üçün səbirsizliklə gözləyirəm.
Bu, may ayının əvvəlinə qədər olan son yarış həftəsonumuzdur. Biz bolidi öyrənməyə davam edəcəyik və fasilədən əvvəl vaxtdan maksimum səmərəli istifadə etməyə çalışacağıq”.




Şərh əlavə et