Kokpit.az xatırladır ki, niderlandlı sürücü bu ilin ilk yarışında altıncı olub, Çində isə xalsız qalıb.
Maks Ferstappen: “İlk iki mərhələ istədiyimizdən daha çətin keçib, Çində ERS-in soyutma problemlərinə görə finiş görə bilmədim. Mübarizəyə qayıtmaq üçün görməli çox işimiz var, amma komandaya tam güvənirəm. Onlar problemlərimizi bilirlər və bolidin xüsusiyyətlərini optimallaşdırmaq üzərində işləyirlər.
Növbəti yarış Suzukada keçiriləcək. Bura çoxlu sürətli döngələri olan ən sevdiyim traslardan biridir. Komandanın bu trasda zəngin uğur tarixi var, mən də hər zaman Yaponiyaya səfəri səbirsizliklə gözləyirəm. Suzukaya getməzdən əvvəl Tokioda bir az vaxt keçirmək də xoşdur”.




Şərh əlavə et