Xəbəri Kokpitdə Oxuyun!

Mercedes canavar təsvirli ön qanadla yarışacaq

Mercedes komandası Yaponiya Qran Prisi üçün canavar təsviri ilə hazırlanmış ön qanad təqdim edib.

Bu təsvir komanda rəhbəri Toto Volffun soyadı ilə bağlı deyil. İdeya yapon mifologiyasına istinad edir və Y-3 brendi ilə avanqard dizayner Yohji Yamamoto tərəfindən hazırlanıb.

Yeni rəng çalarına malik ön qanad Suzuka trasında keçiriləcək həftəsonu boyunca komandanın bolidlərində istifadə olunacaq.

Qeyd edək ki, Mercedes komandası mövsümün ilk iki yarışında qələbə dublu edib. Avsrtraliya yarışının qalibi Corc Rassell, Çin yarışının qalibi isə Kimi Antonelli olub. “Gümüşü oxlar” uğurlu seriyanı əfsanəvi Suzuka trasında da davam etdirmək istəyir.

Rauf Hacıyev

Şərh əlavə et