Xəbəri Kokpitdə Oxuyun!

Ferrari Yaponiyaya yeni ideyalarla gəlir

Ferrari Suzuka həftəsonuna  hazırlıqda yanaşmanı dəyişib və enerji paylanmasının daha yaxşı optimallaşdırılması üçün aerodinamik paketdə düzəlişlər edib. 

Strategiya SF-26-nın imkanlarını maksimum genişləndirməkdən ibarətdir. Bununla da, Mercedes bolidlərinin güclü tərəfləri ilə birbaşa rəqabətə girmək planlaşdırılır.

Komanda aşağı sürətli hissələrdə enerji yığılmasını optimallaşdırmaq üzərində işləyib. Belə ki, mühərriyin dövrlərini yüksək saxlamaq üçün aşağı ötürmələrdən istifadə olunub.

Eyni zamanda “Macarena” adlı fırlanan arxa qanad üzərində aerodinamik testlər davam etdirilib. Məqsəd sürəti artırarkən stabilliyi qoruyan balansı tapmaq olub. Komanda Suzuka üçün ən uyğun sazlanma variantlarını araşdırıb.

SF-26 üzərində aparılan təkmilləşdirmələr bolidin çəkisini 6-7 kq azaltmağa yönəlib.

Ferrari-də, görünüş problemlərinə görə əvvəllər çıxarılan Halo üzərindəki qanadcıqların konstruksiyasının dəyişdirilməsi ehtimalı da nəzərdən keçirilib. Bu problemi həll etmək üçün FIA-nın qaydalarına uyğun və rəqiblərin etirazına səbəb olmayacaq yeni versiyanın təqdim olunması mümkündür.

Mercedes-in dominant mövqeyinə baxmayaraq, Ferrari rəqiblərinə meydan oxumaqda qərarlıdır. Yaponiya Qran Prisi komandanın inkişaf yolunda vacib addım olacaq.

Rauf Hacıyev

Şərh əlavə et