Xəbəri Kokpitdə Oxuyun!

Racing Bulls Yaponiya üçün rəng çalarını təqdim edib

Racing Bulls komandası qarşıdan gələn Yaponiya Qran Prisi üçün hazırlanmış yeni rəng çalarını təqdim edib.

Dizayn Red Bull-un “Spring Edition” (Bahar buraxılışı) adlı enerji içkisinin qabından ilham alır. Təqdimat isə Yaponiya avtomobil mədəniyyətini qeyd edən “Red Bull Tokyo Drift” tədbirində keçirilib.

Yeni rəng çaları ağ, qırmızı və sarı rənglərdən ibarətdir. Təqdimat gənc sürücülər Arvid Lindblad və Liam Louson da iştirak ediblər. Dizayn yapon kalliqrafiya ustası Bisen Aoyagi ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Faentsa mərkəzli komanda bu xüsusi dizayna uyğun xüsusi yarış kombinezonlarından da istifadə edəcək.

Komandanın İdarə Heyətinin Rəhbəri  Piter Bayer dizayn barədə belə danışıb: “Bir komanda olaraq, gənc azarkeşlərlə və idmanımızı formalaşdıran mədəniyyətlərlə əlaqə qurmağın yollarını daim axtarırıq. Bu xüsusi rəng çaları və komanda geyimlərinin yaradıcı tərəfi Red Bull Spring Edition qabından ilham alıb. Bisen Aoyagi ilə birlikdə bu cəsarətli dizaynı trasa çıxarıla bilən unikal formaya çevirdik. Tokioda, Red Bull Tokyo Drift tədbirində bunu ehtiraslı azarkeşlərin qarşısında təqdim etmək bu anı bizim üçün daha da xüsusi edir”.

Rauf Hacıyev

Şərh əlavə et