Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Dördüncülüyə sevinirəm

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Lyuis Həmiltonla apardığı mübarizədən həzz alıb.

Kokpit.az xatırladır ki, monakolu sürücü Çin Qran Prisində dördüncü yeri tutub

Şarl Lekler:  “Mən çox məmnunam! Dördüncü yerdə finişdən sonra bu qədər gülümsəməyim nadirdir.

Əlbəttə, yarışda çoxlu mənfi məqamlar var idi, ən əsası Mercedes-dən geri qalmağımızdır. Mən və Lyuiss mümkün olanın maksimumunu etdik. Təbii ki, bir-birimizlə mübarizədə vaxt itirdik, amma geriqalma yenə də itirdiyimizdən çox idi.

Onlar bizdən uzaqlaşdıqda podium üçün mübarizə etməyə qərar verdik. Bu, ümumi vaxtımıza o qədər də yaxşı təsir etmədi,  lakin nəticələrimizə də təsir göstərmədi.

Hazırda Mercedes çox güclüdür. Avstraliyada onların sürətli olacağını gözləyirdik, ancaq yarışda belə temp göstərmədilər. Dünən spintdə yüksək temp gözləyirdik, amma yenə də onu göstərmədilər. Düşünürəm ki, bu gün Mercedes nəhayət öz yarış tempini göstərdi və bizim geri qalmağımız çox böyükdür. Bu üzücüdür, lakin Lyuis ilə mübarizəyə qayıtsaq, çox əyləncəli oldu. Mən həqiqətən zövq aldım. Komandanın bizim mübarizədən eyni zövqü alıb-almadığını bilmirəm, amma mən aldım.

Mercedes çox güclüdür, ancaq mən artıq daha əvvəl də demişəm ki, bu il hər şey maşının təkmilləşdirilmə sürətindən asılı olacaq. Mercedes əsas favorittir, amma əgər biz vəziyyəti dəyişə bilsək, bu çox təsirli olar.”

Rauf Hacıyev

Şərh əlavə et