Kokpit.az xatırladır ki, “gümüşü oxlar”ın sürücüləri yarışın startında Ferrari komandasının pilotlaırna keçiliblər. Lakin onlar yekunda “qırmızlar”ı qabaqlayaraq, mövsümdə ardıcıl ikinci qələbə dubllarını ediblər.
Corc Rassell: “Əvvəlcə Kimini təbrik edirəm, çünki ilk qələbə həmişə çox xüsusi nailiyyətdir! Əlbəttə, o bu il sadəcə möhtəşəm pilotluq edir və xüsusilə bu həftəsonu əla çıxış etdi. Onunla podiumda dayanmağıma görə şadam, həm də Lyuis Həmilton ilə birlikdə. Ümumiyyətlə, yarış çətin oldu.
Hər ikimiz yenə də startı o qədər də yaxşı ala bilmədik və Ferrari-nin maşınları irəli çıxdı. Ancaq nəticədə yenə qələbə dubllunu qazandıq. Bundan artıqını gözləmək mümkün deyil”.




Şərh əlavə et