Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Göz yaşlarımı güclə saxladım

Kimi Antonelli Çin Qran Prisində qalib olub və bununla 20 ildən sonra Formula 1-də podiumun ən yüksək pilləsinə qalxıb ilk italyan sürücü olub. İkinci yeri onun komanda yoldaşı Corc Rassell tutub və bununla da Mercedes komandası 2026-cı il mövsümündə ardıcıl ikinci qələbə dublunu qazanıb.

Kokpit.az xatırladır ki, italyan sürücü bugünkü Çin yarışını qazanmaqla F1 tarixinin yarış qazanan ən gənc ikinci pilotu olub.

Kimi Antonelli: “Mənim sözüm yoxdur… Düzünü desəm, göz yaşlarımı güclə saxlayırdım, amma komandama böyük təşəkkür etməliyəm, çünki bu arzumu reallaşdırmağıma onlar kömək etdilər. Mən sadəcə xoşbəxtəm!

Dünən demişdim ki, İtaliyanı yenidən podiumun ən yüksək pilləsinə qaytarmaq çox istəyirəm və bu gün biz bunu etdik. Baxmayaraq ki, startda çətin oldu – yəqin ki, daxili trayektoriyanı qorumağa çalışarkən bir az artıq risk etdim və Ferrari-yə çox yer buraxdım. Amma sonda tempimiz yaxşı oldu və yarışı qələbə ilə başa vura bildik.

Biz hələ yolun yalnız başlanğıcındayıq və eyni şəkildə hücum etməyə davam etməliyik. Komanda yoldaşım inanılmaz dərəcədə sürətli sürücüdür və hazırlığın bütün aspektlərində çox güclüdür. Onu məğlub etmək üçün çox böyük səylər göstərmək lazımdır, amma mən onunla işləmək imkanına görə minnətdaram, çünki ondan çox şey öyrənirəm.

Bu mövsüm qarşıda duran yarışlara gəlincə, mən həmişə onların hər birinə ayrıca diqqət yetirməyə çalışıram. İlin sonunda isə görəcəyik ki, nəyə nail ola bilmişik”.

Rauf Hacıyev

Şərh əlavə et