Xəbəri Kokpitdə Oxuyun!

Çində hansı strategiya işə yarayacaq?

Şənbə günü baş verənləri təhlil edən Pirelli mütəxəssisləri qeyd ediblər ki, bu həftəsonunda ilk dəfə olaraq üç fərqli təkər tərkibi (Soft, Medium və Hard) istifadə olunub.

Lakin artıq əlavə Hard dəstini xərcləyən komandalar üçün bazar günü strategiya seçimləri daha məhdud olacaq.

Pirelli Motorsport direktorlarından Dario Marrafruski belə izah edib: “Bu gün həftəsonunun əvvəlindən bəri ilk dəfə bütün üç təkər tərkibi istifadə olundu. Bu, sprint zamanı baş verdi və Hard təkərlərlə start alan üç maşın təhlükəsizlik avtomobili çıxanda pit-stop etmədən davam edə bildi. Bunun sayəsində iki sürücü – Liam Louson və Fernando Alonso mövqelərini yaxşılaşdırdılar”.

Sprintdə Soft təkərlərlə start alan yeganə sürücü Ayzek Hacar olub, qalan sürücülər isə Medium seçiblər.

Taktika imkanları

  • C2 (Hard) tərkibini istifadə edən sürücülər dənlənmə (təkərin səthində yaranan xırda qopmalar) təsirini qiymətləndirə bildilər.
  • Lakin onların əlində bazar günü üçün yalnız bir dəst Hard qalması ehtimalı var və bu da strategiya seçimlərini məhdudlaşdırır.

Ən sürətli strategiya

Pirelli hesablamalarına görə yarışın ən sürətli variantı bir pit-stop strategiyasıdır.

Variant 1:

  • Start: Medium
  • Pit-stop: 17–23-cü dövrələr
  • Finişə qədər: Hard

Variant 2:

  • Start: Soft
  • Pit-stop: 15–21-ci dövrələr
  • Finişə qədər: Hard

Hər iki strategiyanın ümumi yarış vaxtı demək olar ki, eynidir.

İki pit-stop variantı

Əgər komanda bazar gününə qədər iki dəst Hard saxlayıbsa, ən sürətli iki pit-stop strategiyası belədir:

  • Start: Soft
  • Son iki stint: Hard

Bu variant Medium ilə startdan daha effektiv hesab olunur.

Soft təkərlərlə bağlı sual işarəsi

Həftəsonunun ilk iki günündə sürücülər Soft (C4) təkərlərlə ardıcıl 9 dövrədən çox getməyiblər. Yeganə istisna sprinti Soft ilə başa vurmağa çalışan Hacae olub, lakin o bunu bacarmayıb.

Bu səbəbdən hələ də bir sual açıq qalır: tam yanacaq yükü ilə C4 təkərlərinin aşınma səviyyəsi necə olacaq? Çünki yarış strategiyalarında bu təkərlərlə demək olar ki, məsafənin üçdə biri qət edilməlidir.

Rauf Hacıyev

Şərh əlavə et