Xəbəri Kokpitdə Oxuyun!

A.Hacar: Əlimdən gələni etdim

Red Bull komandasının sürücüsü Ayzek Hacar bildirib ki, o, əlindən gələni edib.

Kokpit.az xatırladır ki, fransalı sürücü sabahkı Çin yarışına doqquzuncu yerdən başlayacaq.

Ayzek Hacar: “Açığı, heç nəyə görə peşman deyiləm. Bacardığım hər şeyi etdim, yaxşı dövrələr vurdum, amma maşının sadəcə sürəti çatmadı və balansdan narazıyam.

Biz olmaq istədiyimiz mövqedə deyilik, lakin mübarizəni davam etdirməkdən başqa yolumuz yoxdur.

Cümə günü ilə müqayisədə maşında çox dəyişiklik etdik, ancaq yenə də liderlərdən çox geridəyik. Çalışırıq, amma hələlik heç nə istədiyimiz kimi alınmır”.

Rauf Hacıyev

Şərh əlavə et