Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Maşını sürmək olmur

Red Bull komandasının sürücüsü Maks Ferstappen Çin Qran Prisində keçirilən kvalifikasiyada səkkizinci nəticəni göstərib.

Niderlandlı sürücü yarışdan əvvəl çox optimist deyil və düşünür ki, maksimum yeddinci yer uğrunda mübarizə apara bilər.

Maks Ferstappen: “Sprintdən sonra maşının idarə olunması yaxşılaşmadı. Biz onu tamamilə yenidən yığdıq, amma heç nə dəyişmədi. Maşını idarə etmək inanılmaz dərəcədə çətindir, balansı demək olar ki, yoxdur. Mən maşına güvənə bilmirəm, hər dövrədə onunla mübarizə aparmalı oluram.

Sabah da hər şeyin bugünkü kimi olacağını gözləyirəm. Hazırda olduğumuz mövqelər real vəziyyətimizi göstərir. Bəlkə Pyer Qasli ilə 7-ci və ya 8-ci yer uğrunda mübarizə apara bilərik, ancaq bundan artığı çətin görünür.

Keçmişdə maşını tam yenidən quranda adətən bu kömək edirdi. Amma bu gün heç nə işləmədi və mən hücum edə bilmədim. Hər dövrədə sadəcə vəziyyəti qorumağa çalışırdım. Bu, mənim xoşuma gəlmədi və maşın çox qeyri-sabit davranırdı”.

 

Rauf Hacıyev

Şərh əlavə et