Kokpit.az xatırladır ki, britaniyalı sürücü sabahkı Çin yarışına altıncı yerdən başlayacaq.
Lando Norris: “Açığı, bir az daha yaxşı nəticə göstərmək mümkün idi. Son sektoru yaxşı keçmədim və düzlüklərdə də digər komandaların maşınları ilə müqayisədə bir qədər itirirdik. Bunun səbəbini araşdırmalıyıq, çünki bu gün 0.1, 0.15 saniyə fərqin içində təxminən üç sürücü yerləşirdi.
Son döngə ən pis keçdiyim yer oldu. Orada ciddi səhv etdim. Bunu etiraf etməliyəm, ona görə də hazırda olduğumuz mövqelərin real vəziyyətimizi əks etdirdiyini düşqnürəm.
Eyni zamanda Ferrari-nin bizdən çox da uzaqda olmadığı görünür və sabah onlarla mübarizə aparmağa çalışacağıq. Bu gün üstünlük onların tərəfində idi və hələlik onlara çata bilmirik. Buna baxmayaraq, yenə də çalışacağıq”.




Şərh əlavə et