Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Çindəki sıralanma turunda 5-ci yeri tutub.
Oskar Piastri: Düşünürəm ki, bu gün əldə edə biləcəyimiz maksimum nəticə bu idi. Son dövrəm ideal alınmadı, ona görə də nəzəri olaraq bir qədər daha yaxşı nəticə göstərə bilərdim. Amma bu gün maşından maksimumu almaq çox çətin idi.
Ümumilikdə kvalifikasiyanın nəticəsindən az-çox razıyam. Düşünürəm ki, təxminən bu mövqelərdə olmalı idik. Final sessiyasında liderlərə bir qədər yaxınlaşa bildik, amma yenə də görüləsi çox iş var.
Sabahkı yarışda yaxşı start almağa çalışmalıyıq. Bu, əsas vəzifədir, sonra isə təkərlərin necə işləyəcəyinə baxacağıq. Məncə, sprintdə təkərlərin işi vacib amil idi, ancaq daha önəmlisi düzgün temp tapmaqdır. Sabah hansı tempdə olacağımızı görəcəyik və əgər asfaltla ilişmə normal olsa, bəlkə də önümüzdə start alan sürücülərlə mübarizə apara bilərik”.




Şərh əlavə et