Xəbəri Kokpitdə Oxuyun!

Bottasın motorunda dəyişiklik edilib

Şanxayda keçirilən kvalifikasiyadan əvvəl FIA Valtteri Bottasın maşınında güc qurğusunun bəzi elementlərinin dəyişdirildiyini təsdiqləyib.

Cadillac komandasının sürücüsünün maşınında idarəetmə elektronikasının icazə verilən üç blokundan ikincisi quraşdırılıb. Bundan başqa, güc qurğusunun periferik elementləri də mövsüm ərzində icazə verilən altı dəyişiklikdən ikinci dəfə yenilənib.

Bu dəyişikliklər qaydalar çərçivəsində həyata keçirildiyi üçün sürücüyə və komandaya heç bir cəza tətbiq olunmayacaq.

Rauf Hacıyev

Şərh əlavə et