Kokpit.az xatırladır ki, monakolu sürücü Çindəki sıralanma turunda dördüncü olub və sabahkı yarışa ikinci cərgədən start verəcək.
Şarl Lekler: “Düşünmürəm ki, daha yaxşı dövrə vura bilərdim. Nədənsə bu trasda həmişə çətinlik çəkirəm. Bu həmişə belə olub və məsələ çalışmamağımda deyil. Sadəcə kvalifikasiyada daim problemlər yaranır. Üstəlik artıq aydındır ki, yeni nəsil maşınları kvalifikasiyada fərqli şəkildə idarə etmək lazımdır.
Komanda maşını optimallaşdırmaq üçün çalışır və məqsədimiz Mercedes-lə fərqi azaltmaqdır. Ümumilikdə mənim üçün çətin olan bu trasda belə nəticədən razıyam. Lyuislə yarış zamanı birgə taktika barədə hələ danışmamışıq, amma hər şey qaydasında olacaq”.




Şərh əlavə et