Kokpit.az xatırladır ki, britaniyalı sürücü Çində keçirilən kvalifikasiyada üçüncü nəticəni göstərib. Sessiyadan dərhal sonra yeddiqat dünya çempionu Ferrari mühəndislərinə maşını hazırladıqları üçün təşəkkür edib.
Lyuis Həmilton: “Kvalifikasiya kifayət qədər çətin keçdi, əsasən də çox güclü və dəyişkən külək səbəbindən. Buna görə də yaxşı bir dövrəni tam şəkildə toplamaq çətin idi. Amma Şarl əla dövrələr vurdu və Mercedes komandasının sürücüləri də çox yaxşı nəticə göstərdilər.
İlk üçlükdə yer almağıma çox şadam və bu mövsüm sürətli olduğumuza görə də sevinirəm. Komanda əla iş gördü. Sprintdən sonra mühəndislər çox yaxşı işlədilər və biz Mercedes-lə aradakı fərqi bir qədər azaltmağı bacardıq. Bu müsbət haldır və biz irəliləməyə davam edəcəyik.
Qarşıda çətin yarış var, lakin əminəm ki, maraqlı olacaq. Startı səbirsizliklə gözləyirəm. Sprintdə çox şey öyrəndik və ümid edirəm ki, sabah külək bu qədər güclü olmayacaq. Məqsədimiz öndə start alan sürücülərlə fərqi azaltmağa çalışmaqdır.”




Şərh əlavə et