Kokpit.az xatırladır ki, britaniyalı sürücü Çindəki sıralanma turunun son sessiyasında problem yaşayıb və sadəcə 1 cəhd edə bilib.
Corc Rassell: “Kvalifikasiyada mümkün qədər itkiləri azaltmağa nail olduq. İkinci sessiyada mənim maşınımda qanad zədələndi və biz problemi həll etmək üçün ciddi şəkildə düşünməli olduq.
Sonra final sessiyasında trasa çıxanda maşın dayandı və mən dərhal hərəkəti davam etdirə bilmədim, çünki ötürmələr dəyişmirdi.
Buna görə də ikinci nəticəni göstərdiyimə görə çox şadam. Çünki son cəhdimdə batareya boş idi, təkərlər kifayət qədər qızmamışdı və demək olar ki, hər şey ideal deyildi. Ancaq komanda əla işlədi və bu mövqeyə qalxa bildik. Hər şey daha pis ola bilərdi, ona görə razıyam və komanda yoldaşımı da təbrik etməliyəm.
Eyni zamanda Ferrari sürücülərinə diqqətlə baxmalıyıq, çünki startda onlar çox sürətli sürətlənirlər. Düşünürəm ki, yarışın əvvəlində Lyuis Həmilton ilə ciddi mübarizə olacaq. Ümid edirəm ki, hər şeyi düzgün edəcəyik, problemlərdən qaçacağıq və azarkeşlər üçün maraqlı yarış keçəcək”.




Şərh əlavə et