İtalyan sürücü Şanxayda keçirilən sıralanma turunda birinci olub və Formula 1 tarixində poul qazanan ən gənc sürücü olub. Təbii ki, buna müəyyən qədər onun komanda yoldaşı Corc Rassellin final sessiyasının əvvəlində texniki problemlərlə üzləşməsi də təsir göstərib, amma 19 yaşlı italiyalı sürücünün nailiyyəti yenə də çox böyük sayılıb.
Kimi Antonelli: “Sessiya kifayət qədər yaxşı keçdi və mən çox razıyam. Təəssüf ki, final sessiyasında Corcun maşınında problemlər yarandı. Əslində o iki cəhd edə bilsəydi, nəticələrin necə olacağını görmək maraqlı olardı.
Lakin mən öz işimi düzgün gördüyüm üçün sevinirəm. Səhv etmədim və artıq sabahkı yarışı səbirsizliklə gözləyirəm. Komanda yoldaşımın problemlərini gördüm, amma sadəcə sakit qalmağa və diqqətimi itirmədən yaxşı dövrə vurmağa çalışdım. Nəticədə bunu bacardım”.




Şərh əlavə et