Red Bull komandasının sürücüsü nəticəni bolidin balans problemləri və təkərlərin çox sürətli aşınması ilə izah edib.
Maks Ferstappen (9-cu yer): “Hazırda deməyə söz tapmıram. Demək olar ki, səhv gedə biləcək hər şey səhv getdi. Start həll etməli olduğumuz problemlərdən biridir, amma əsas məsələ boliddə balansın olmaması idi. Bundan başqa, təkərlərin aşınması bizdə yəqin ki, hamıdan çox idi. Vəziyyət demək olar ki, idarəolunmaz idi.
Bolidin bəzi elementləri kifayət qədər yaxşı hazırlanmayıb. Hələ bütün bu məsələləri bir yerə toplayıb düzgün işləməliyik”.
Komanda yoldaşı Ayzek Hacar da sprintdə xal qazana bilməyib. Birinci dövrədə Kimi Antonelli onunla toqquşub və nəticədə fransalı sürücünün bolidi zədələnib.
Ayzek Hadjar (15-ci yer): “Birinci sektorda hər şey plana uyğun gedirdi. Sonra isə Kimi əyləclənmədə səhv etdi və mən sprintin qalan hissəsini zədələnmiş bolidlə keçirməli oldum. Belə vəziyyətdə sürmək bir qədər ağrılı idi və nəticədə biz demək olar ki, heç bir faydalı məlumat toplaya bilmədik”.




Şərh əlavə et