Xəbəri Kokpitdə Oxuyun!

Alpine komandası cərimələnib

Çin Qran Prisinin sprinti öncəsi start düzülüşünə çıxış dövrəsində Alpine komandası Pyer Qaslini pit yolundan  trasa antenanın qoruyucu örtüyü boliddə quraşdırılmış vəziyyətdə buraxıb.

Sprintdən sonra stüardlar bu epizodun videogörüntülərini araşdırıb və komanda nümayəndəsini dinləyiblər. Araşdırmanın nəticəsində qərara gəlinib ki, sürücü trasə təhlükəsiz olmayan şəkildə buraxılıb.

Bu qayda pozuntusuna görə Alpine komandası 5000 avro məbləğində cərimələnib.

Rauf Hacıyev

Şərh əlavə et