Britaniyalı sürücü Şanxayda keçirilən şənbə sprintini qazanıb. Ferrari sürücüləri ona təzyiq göstərməyə çalışsalar da, Mercedes bolidinin sürətinə ciddi cavab tapa bilməyiblər.
Corc Rassell: “Çox əyləncəli yarış oldu, xüsusilə də son hissəsi, Şarl Lekler ilə mübarizə apardığımız anlar! Uğurlu ötmələr etmək üçün taktiki oyunlar qurmalı olurdum və bu heç də asan deyil. Ümid edirəm ki, yarışa baxmaq maraqlı olub, çünki adətən sprintlər o qədər də maraqlı keçmir.
Mən vəziyyətə tam nəzarət edirdim və qələbə qazandığıma görə çox məmnunam. Üstəlik güclü külək əsirdi və bu da işi daha çətin edirdi. Bu trasda ilk döngə çox uzundur və əgər orada bir dövrə belə həddindən artıq aqressiv hücum etsən, bu, dərhal sol ön təkərin vəziyyətinə təsir edir.
Tempimi bir qədər saxlamaq məcburiyyətində qalırdım, xüsusilə də Lyuis Həmilton ilə mübarizə zamanı. O, ilk dövrələrdə çox yaxşı çıxış etdi və məni bir qədər təəccübləndirdi. Ancaq bunda təəccüblü heç nə yoxdur, çünki onun Formula 1-də 20 illik təcrübəsi var və mənim ondan öyrənəcəyim çox şey var! (gülür)
Görünür, Ferrari yenə də kvalifikasiyada bizdən bir qədər geri qalır, lakin yarış tempində onlar bizimlə müqayisə oluna biləcək səviyyədədirlər. Deməli, sabahkı Qran Priyə qədər daha yaxşı olmaq üçün nəsə tapmağa çalışmalıyıq”.




Şərh əlavə et