Kokpit.az xatırladır ki, britaniyalı sürücü yarışa dördüncü yerdən başlasa da, yaxşı startla liderliyi ələ alıb. Yeddiqat Dünya çempionu ilk dövrələrdə Corc Rassellə liderlik üçün mübarizəsi aparsa da, sonradan geri qalmağa başlayıb.
Lyuis Həmilton: “Əla iş oldu. Mercedes ilə ön mövqelər uğrunda mübarizə apara bildiyimiz üçün komandaya təşəkkür edirəm. İlk dövrələrdə düzlüklərdə çox sıx mübarizə gedirdi, hətta bir az həddindən artıq sıx. Amma yaxşı mübarizə apardıq. Lakin bunun nəticəsində sol təkər tez sıradan çıxdı və mövqeyimi qoruya bilmədim.
Bizim maşın keçənilkindən xeyli yaxşıdır. Onun hazırlanmasında iştirak etmişəm və bu bolid mənə daha çox xoş gəlir. Əlbəttə, lider gedərkən yarışı üçüncü yerdə bitirmək xoş deyil, ancaq sabah daha güclü mübarizə aparmağa çalışacağam”.




Şərh əlavə et