Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Tempimiz yaxşıdır

Şarl Lekler və Lyuis Həmilton Çin Qran Prisində keçirilən sprintdə yalnız bir-biri ilə deyil, həm də qalib Corc Rassell ilə liderlik uğrunda mübarizə aparıblar. Ferrari sürücüləri bolidin tempindən razı qalıblar və bildiriblər ki, yarış sürəti Mercedes ilə rəqabət aparmağa imkan verib.

Kokpit.az xatırladır ki, monakolu sürücü Çindəki sprint yarışına 6-cı yerdən başlasa da, yekunda ikinci yeri tutub.

Şarl Lekler: “Sprint zamanı təkərlərin vəziyyətini diqqətlə izləməli oldum, amma ümumilikdə razı qaldım. Tempimiz yüksək idi. Mən və Lyuis bir-birimizlə mübarizə apardıq və buna görə Corcdan bir qədər geri qaldım, bundan sonra ona çatmaq çətin oldu. Amma xoşdur ki, kvalifikasiyadakı tempdən fərqli olaraq yarış tempimiz Mercedes ilə müqayisə edilə biləcək səviyyədədir. Bu gün maşından razı qaldım.

Restart zamanı təkərlər gözlədiyimdən bir qədər soyuq idi. Corcun təkərləri blokladığını gördüm və düşündüm ki, bu mənim liderliyə çıxmaq şansımdır. Qaz pedalında daha aqressiv davranmağa çalışdım, lakin arxa təkərlərin ilişməsi Corcdakı kimi zəif idi. Demək olar ki, maşına nəzarəti itirirdim, ancaq bəxtim gətirdi. Son döngədən çıxışda da ilişmə o qədər yaxşı deyildi”.

Rauf Hacıyev

Şərh əlavə et