Xəbəri Kokpitdə Oxuyun!

Çin Sprint – Rassell qalib olub

Çində keçirilən sprint yarışı zamanı hava aydın və quru olub. Temperatur hava üçün +15…16°C, tras üçün isə +13…23°C aralığında dəyişib.

Sprint həftəsonunun ən erkən sessiyası sayılır. Bu sessiya Şanxayda başlayanda əsas tamaşaçı auditoriyası hələ yatmış olur, xüsusilə də nəzərə alsaq ki, əsas hadisələr – bazar günkü Qran Priyə kvalifikasiya və yarış dörd saat sonra, daha rahat vaxtda keçirilir. Buna baxmayaraq, Çin mərhələsi artıq üçüncü ildir ki, sprint formatında təşkil olunur.

Cümə günü Mercedes komandasının sürücüləri üstünlük qazanıblar. Corc Rassell həm yeganə məşqdə, həm də sprint kvalifikasiyasında ən yaxşı nəticəni göstərib. Onun gənc italiyalı komanda yoldaşı Kimi Antonelli iki dəfə ikinci olub. Digər sürücülər daha çox geri qalıblar, amma intriqa davam edirdi. Belə ki, mövsümün əvvəlində Mercedes bolidləri startlarda o qədər də yaxşı görünməyib və rəqiblər bundan istifadə etməyə ümid ediblər.

Start düzülüşündə birinci cərgəni Mercedes sürücüləri bölüşüb. İkinci cərgədə Lando Norris və Lyuis Həmilton, üçüncü cərgədə isə Oskar Piastri və Şarl Lekler yerləşiblər. Williams komandası Aleks Elbonun bolidində sazlamaları dəyişdiyinə görə parc fermé qaydalarını pozub və sürücü pit yolundan start alıb. Sprintin məsafəsi 19 dövrə olub.

Pirelli Şanxaya “orta” təkər seçimini gətirib – C2, C3 və C4 (Hard, Medium və Soft). Sprintdə Ayzek Hacar Soft təkərlərlə start alıb, Liam Louson və Fernando Alonso Hard tərkibləri seçiblər, qalan sürücülər isə Medium tərkibdən istifadə ediblər.

Yarışın başlanğıcı

Startda Lyuis Həmilton üç mövqe qazanaraq liderliyə yüksəlib. Arvid Lindblad yerində fırlanıb. Antonelli və Maks Ferstappen altı mövqe, Niko Hülkenberq isə səkkiz mövqe itirib.

Stüardlar Hacar və Antonelli arasında epizodu araşdırıblar və Kimi Ayzeki trasdan sıxışdırdığına görə 10 saniyəlik cəza alıb.

2-ci dövrədə ilk onluq:

Həmilton – Rassell – Lekler – Norris – Piastri – Antonelli – Berman – Hacar – Qasli – Louson.

Rassell bir neçə dəfə irəli çıxmağa çalışıb. O, düzlüklərdə Həmiltonun batareyası boşalanda o hücum edib. Lakin Lyuis enerjini bərpa edib yenidən liderliyə qayıdıb. Lekler isə onların arxasında gedərək təkərləri qoruyub və tələsməyib.

Sürücülər bir neçə dəfə mövqelərini dəyişiblər, lakin 6-cı dövrədə Rassell liderliyə yüksəlib və tədricən fərq yaradıb.

Yarışın orta hissəsi

8-ci dövrədə Lekler Həmiltonu keçərək ikinci yerə yüksəlib.

Antonelli isə Norrisi ötərək dördüncü olub.

9-cu dövrədə Həmilton Lekleri keçməyə çalışsa da bacarmayıb. Bu mübarizədən istifadə edən Antonelli onların arxasına yaxınlaşıb.

10-cu dövrədə ilk onluq:

Rassell – Lekler – Həmilton – Antonelli – Norris – Piastri – Berman – Hadjar – Lawson – Qasli.

Bu mərhələdə Hülkenberq 16-cı yer uğrunda mübarizədə Karlos Saynsı keçib.

Antonelli Həmiltonu təzyiq altında saxlayıb və 12-ci dövrədə “batareya müharibəsi” Kiminin  xeyrinə başa çatıb.

Bu vaxt bir neçə sürücü yarışı dayandırıb:

  • Lindblad boksa girərək mübarizəni dayandırıb
  • Valtteri Bottas güc qurğusundakı problem səbəbindən yarışı tərk edib
  • Hülkenberq trasda dayanıb

Antonelli daha sonra Lekleri keçərək ikinci yerə yüksəlib.

Təhlükəsizlik avtomobili və restart

Hülkenberqin bolidini evakuasiya etmək üçün təhlükəsizlik avtomobili trasa çıxıb. Əksər sürücülər boksa girərək təkərləri dəyişiblər.

Safety Car arxasında ilk onluq:

Rassell – Lekler – Norris – Həmilton – Lawson – Berman – Antonelli – Piastri – Qasli – Okon.

Serxio Peres təhlükəsizlik avtomobili rejimində qaydanı pozduğuna görə 5 saniyəlik cəza alıb.

17-ci dövrədə restart verilib. Rassell liderliyi qoruyub. Antonelli Bermanı, Piastri Lousonu, Həmilton isə Norrisi keçib. 18-ci dövrədə Antonelli Lousonu keçib, 19-cu dövrədə isə Piastrini də ötərək beşinci yerə yüksəlib.

Sprintin nəticəsi

Corc Rassell Şanxayda keçirilən şənbə sprintini qazanıb. Şarl Lekler qalibdən 0.6 saniyə geri qalaraq ikinci, Lyuis Həmilton isə üçüncü yeri tutub.

Növbəti sessiya – bazar günü Qran Prisinə əsas kvalifikasiya.

Yarışdakı vəziyyət

Sıra Sürücü Fərq Pit-stop
1 C. Rassell 1
2 Ş. Lekler +0.674 1
3 L. Hamilton +2.554 1
4 L. Norris +4.433 1
5 K. Antonelli +5.688 1
6 O. Piastri +6.809 1
7 L. Lawson +10.900
8 O. Berman +11.271
9 M. Ferstappen +11.619 1
10 E. Okon +13.887
11 P. Qasli +14.780
12 K. Sayns +15.753
13 Q. Bortoleto +15.858
14 F. Kolapinto +16.393 1
15 A. Hacar +16.430 1
16 A. Elbon +20.014 1
17 F. Alonso +21.599
18 L. Stroll +21.971 1
19 S. Peres +28.241 1

Ən sürətli dövrə

  • Şarl Lekler — 1:34.753 (19-cu dövrə)

Yarışı dayandıran sürücülər

Sürücü Dövrə Səbəb
A. Lindblad 11 Mexaniki problem
V. Bottas Mexaniki problem
N. Hülkenberq Mexaniki problem

 

Rauf Hacıyev

Şərh əlavə et