Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Bizim gücümüz budur

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Ferrari-nin qabaqladıqları üçün sevinclidir.

Brianiyalı sürücü Çin Qran Prisində sprint üçün keçirilən kvalifikasiyada 3-cü nəticəni göstərib. McLaren sürücüsü bildirib ki, bu nəticə komandanın hazırkı formasını əks etdirir.

Lando Norris: “Bu nəticədən razıyam və düşünmürəm ki, haradasa vaxt itirmişəm və ya daha yaxşı dövrə vurmaq imkanım olub. Üçüncü yer hazırda əldə edə biləcəyimiz ən yaxşı nəticədir. Hər iki Ferrari sürücüsünü qabaqlaya bildiyimə görə də şadam, baxmayaraq ki, onlar bu gün bütün gün çox sürətli olublar.

Mən razıyam və start üçün yaxşı mövqedəyəm. Bu həftəsonu hər şey bir az daha yaxşı gedir, çünki tras nisbətən sadədir və nəticələr bir-birinə daha yaxındır. Sonda maksimumu sıxıb yaxşı sürətli dövrə vura bildim və yaxşı mövqe qazandım.

Sabah Mercedes sürücülərinin zəif start verəcəyini düşünmürəm. Uzun illərdir onların startları ən yaxşılar sırasındadır. Lakin yenə də startda onlarla mübarizə aparmaq imkanı olacaq. Onlar Melburndakı uğursuz startlardan nəticə çıxarmalı idilər, ancQ sabah necə olacağını görəcəyik.

Start yarışda mövqe qazanmaq üçün ən yaxşı fürsətdir, ona görə də görək nə edə biləcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et