Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Öyrənməli şeylər var

Mercedes komandasının sürücüsü Kimi Antonelli bildirib ki, sürməklə bağlı bəzi şeyləri öyrənməlidir.

Kokpit.az xatırladıe ki, italyan sürücü sprint sıralanma turunda ikinci olub. O, komanda yoldaşı Corc Rasselldən təxminən 0.3 saniyə geridə qalıb.

Kimi Antonelli: “Tempimiz çox yaxşıdır, amma sessiyanın sonunda yumşaq təkərlərlə yaxşı dövrəni tam yığa bilmədim. Deməli, hələ işləməli olduğumuz məsələlər var. Sabah isə maksimum nəticə üçün çalışacağıq.

Maşının sükanı arxasında özümü rahat hiss edirəm, əsas məsələ sürmə ilə bağlı bəzi xırda detallardır. Sabah üçün əsas məqsəd yarışa yaxşı start vermək, sonra isə mümkün qədər yaxşı sıralanma turu keçirməkdir”.

Rauf Hacıyev

Şərh əlavə et