Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Startların üzərində işlədik

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, start proseduru üzərində işləyiblər.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Şanxayda sprint üçün keçirilən kvalifikasiyanı qazanıb və karyerasında ilk dəfə qısa şənbə yarışına poul mövqeyindən start alacaq.

Corc Rassell: “Əvvəlcə bütün çinli azarkeşləri salamlayıram. Biz onların böyük dəstəyini hiss edirik! Maşın sadəcə əla işləyir! Melburndakı mərhələdən sonra artıq bilirdik ki, çox yaxşı bolidimiz var, mühərrik də özünü yaxşı göstərir və bu gün sürmək həqiqətən böyük zövq verdi.

Keçən ilin nəticələri ilə müqayisə etmək maraqlı olacaq, çünki maşının çox sürətli getdiyini hiss edirdim. Melburndan fərqli olaraq burada hər şey həqiqətən yaxşı alındı.

Tribunalarda Mercedes kepkalarının sayının çox olması da inanılmazdır. Son iki ildə mən də eyni rəngdə dəbilqə ilə çıxış etmişəm və burada gördüklərim çox xoşuma gəlir.

Sabahkı sprint barədə danışsaq, mövsümün ilk mərhələsindən sonra biz W17-nin startda mümkün qədər yaxşı hərəkətə başlaması və sürətlənməsi üzərində çox işlədik. Düşünürəm ki, bunun üçün bir neçə yaxşı həll tapa bilmişik.

Melburnda yarışın ilk dövrələri istədiyimizdən daha xaotik keçmişdi. Burada isə hər şeyin necə olacağını sabah səhər görəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et